Грузия, Марнеули, Борчалы, ГАЧАГАН КЕНДИ, Qacaga

  • Подписчики: 68 подписчиков
  • ID: 17277416
Блокировка:
Нет ограничений
Верификация:
Сообщество не верифицировано администрацией ВКонтакте
Видимость
открытое
Популярность:
У сообщества нет огня Прометея
Домен:
club17277416

Описание

“Qaçağan” adı birbaşa “qoç” sözü ilə başlanır. Qaçağan qoçaq kişilərin məskəni olmuşdur. Qoçaq kişilər dünyasını dəyişdikdə isə onların qəbri üstündə adətən qoç heykəli qoyardılar. Kəndin qədim qəbirləri üstündə qoyulmuş belə qoç heykəllərinin qalıqlarına elə indi də rast gəlmək olar. Qaçağan kəndindən bir neçə kilometr aralıda olan qədim qəbirstanlığın birində daha çox qoç heykəlləri vardır. Onların yerləşdiyi yerə, elə indi də, “Qoşdar”, yəni “Qoçlar” deyilir. QAÇAĞANIN SAHƏSİ VƏ ƏHALƏSİ Qaçağan kəndinin sahəsi 10min hektardan çox, əhalisinin sayı isə 10 min nəfərə qədərdir. Kənd Borçalı mahalının cənub-şərqində yerləşir. Qaçağan kəndi Borçalı mahalının ən böyük kəndlərindən biridir. Qaçağan kəndi şərqdə Təkəli, qərbdə isə Ağammədli kəndləri ilə həmsərhəddir. Kənd əhalisinin psixologiyasına görə, dünyada Borçalı çayından güclü çay, Qaçağan kəndindən isə zəngin kənd ola bilməz. ORTALIQ Qədimdən gələn ənənə kimi “Ortalıq” kənd kişilərinin həyatında böyük rol oynayır. Demək olar ki, “Ortalıq” kənd kişilərinin həyat tərzinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qanuni işdən qayıtdıqdan sonra, hər bir kişi yenidən üzünü qırxır, əl-üzünü tərtəmiz yuyur, ən səliqəli paltarını geyinir, qalstukunu taxıb Ortalığa gedir. “Ortalıq” kənd kişilərinin bir yerə yığışıb məşvərət etdikləri yerdir. “Ortalıq” sözünün əsasını “orta” sözü təşkil edir . Yəni kəndin ortası deməkdir. Bu yer kəndin bütün idarələrinin, yeməkxanalarının və çayxanalarının yerləşdiyi yerdir. Oraya toplaşan kənd kişiləri özlərini bütün problemlərini müzakirə yolu ilə həll edirlər. Daxili və xarici siyasətdən danışırlar, onları narazı salan məsələrlə əlaqədar öz etirazlarını bildirirlər. İş gününün bütün ağrı-acılarını öz canlarından çıxardıqdan sonra hər kəs öz evinə gedir. Bu ənənə hər gün və bütün il boyu davam edir. KƏND AŞIQLARI Borçalını, adətən, “Aşıq Akademiyası” adlandırılar. Həmin akademiyanın bir “filialı” Qaçağan kəndindədir. Qaçağan kəndi ustad aşıqlarla çox zəngin olmuşdur. Aşıq Ağacan, Aşıq Vəli, Aşıq Rəsul, Aşıq Göycə kimi Qaçağan aşıqları var.